Dünən axşam saatlarından etibarən Azərbaycanın 3 rayonuna təbii qazın verilişində fasilələr yaranıb. APA-nın yerli bürosunun xəbərinə görə, Ucar və Zərdab rayonlarının qazla təchiz olunan bütün yaşayış məntəqələri və Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mərasimlərdə ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti, rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.
Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən RİH başçısı Qəzənfər Ağayev sakinləri Novruz bayramı, habelə kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təbrik edərək, ölkə əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
“Azərsu” ASC-nin Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin, yaranmış borcların dəqiq uçotunun aparılması, sayğacların texniki vəziyyətinin qeydə alınması, mənzildə qeydiyyatda olanların, həmçinin faktiki yaşayanların sayının müəyyən edilməsi məqsədilə apardığı inventarlaşdırma işləri yekunlaşmaq üzrədir və aprelin 20-nə qədər proses başa çatdırılacaq.
Təmir işləri ilə əlaqədar olaraq aprelin 17-də saat 10:00-dan «Zabrat-2» Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanda dəm qazı daha bir nəfərin həyatına son qoyub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 25-də Qaradağ rayonu Lökbatan qəsəbə sakini Elşad Nuriyev mənzilində dəm qazından zəhərlənərək ölüb.
Hər ay işçilərə 1 milyon «paket maaş» hansı «əməliyyatların» hesabına verilir? 2.5 kubmetr/saat gücündə olan sayğacların 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənməsinin sirri “Azəriqaz” və onun rəhbəri Əkbər Hacıyev barədə “Azadlıq”a şok müraciət daxil olub. Müraciəti uzun müddət “Azəriqaz”da çalışmış, adının çəkilməsini istəməyən mütəxəssislər göndərib. Sənəddə “Azəriqaz”dakı maxinasiyalar, Əkbər Hacıyevin kadr islahatları, dəm qazından zəhərlənmələrin səbəbləri barədə ilginc faktlar var. Həmin faktları oxucuların diqqətinə çatdırırıq:
Qaz Idarəsi 33 min manatlıq qaz borcunu 295 min manata kimi şişirdib Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində Nəsimi rayon Qaz Istismarı Idarəsinin vəzifəli şəxslərinin barəsində cinayət işi qaldırılıb. Onlar vəzifədən sui-istifadədə və vəzifə saxtakarlığında ittiham olunurlar.
Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəmərində 23:00 radələrində güclü partlayış baş verib.
APA-nın yerli bürosunun müxbirlərinin məlumatına görə, hadisə kəmərin Şamaxının Pirqulu və Qızmeydan kəndləri arasından keçən sahəsində baş verib.
Bakıda həyətlərə qrunt suları dolub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunub, bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.
“Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Tədbirlər Proqramına uyğun olaraq paytaxtın bir sıra ərazilərində mövcud xətlərdə təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır.
“Azərsu” ASC Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Tədbirlər Planına uyğun olaraq paytaxtın Nəsimi rayonu akademik Həsən Əliyev küçəsi boyunca çəkilmiş mövcud magistral su xətti 500 mm diametrlik metal borularla 300 metr uzadılır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti hüquq məsləhətçisi vəzifəsi üzrə vakant iş yerlərinə işçi qəbulu elan edib. “Azərsu” ASC-nin Mətbuat xidmətindənModern.az-a bildirilib ki, bu vəzifə üzrə əmək funksiyalarına hüquqi əhəmiyyətli sənədlərin hazırlanması, məhkəmə işlərinin aparılması, mülki-prosessual sənədlərin və müvafiq hüquqi rəylərin hazırlanması daxildir. Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda abonentlərin inventarlaşdırılması prosesinə başlayıb. Qrumun rəsmisi Anar Cəbrayıllı deyir ki, bu proses zamanı “Azərsu”yun nəzarətçiləri hər bir evə, hər bir sayğaca baxış keçirib onu qeydə alacaqlar.“Bu gün bizim apardığımız müşahidələr göstərir ki, abonent bazasında bəzi problemlər var. Problemlər nə ilə bağlıdır? Görürsünüz ki, bəzi evlər var ki, 5 nəfər yaşayır.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və “Konstitusiya” Araşdırmalar Fondu Açıq Cəmiyyət İnstitutu- Yardım Fondunun dəstəyi ilə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi kommunal xidmət sektorunda müasir təcrübənin tətbiqi, istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına, bu sektorda korrupsiya hallarının azalması, şəffaflığın artırılmasına yardım göstərilməsidir. |